Xəbərlər

Bakı-Sumqayıt yolunda avtobus qəzası: yaralananlar var

  • 31 Dec 2020
  • 226 baxış

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib, iki nəfər xəsarət alıb.

XalqTV.com APA-ya istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin  Xırdalan şəhəri ərazisinə  düşən hissəsində qeydə alınıb.

Belə ki, 135 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı arakəsəmə dəmirə çırpılıb. Qəza zamanı avtbousda olan sərnişinlər 1958-ci il təvəllüdlü Pənahova Nərminə Soltan qızı və 1956-ci il təvəllüdlü Zalıyev Əlifağa Mirabbas oğlu müxtəlif dərəcələi bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR