Xəbərlər

Paşinyan Azərbaycanla sərhəddən danışdı

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 24 Dec 2020
  • 56563 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin iclasında bəyan edib ki, Azərbaycanla sərhəddə yaşananları demarkasiya və ya delimitasiya saymaq olmaz.

XalqTV.com  "Sputnik Armeniya"ya istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın Sünik vilayətində sərhəd nöqtələri müəyyənləşdirilir, bu işin də öz nüansları və çətinlikləri var.

"Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərindən bir millimetr də geri çəkilməmişik. Bu barədə söhbət belə, ola bilməz. Sərhəddə baş verənlər nə demarkasiya, nə də delimitasiyadır. Əminik ki, bu işlər aparılmalıdır, onlar Sünikin və ümumilikdə, Ermənistanın təhlükəsizliyi üçün gərəkdir. Mövqeyimiz, habelə Müdafiə Nazirliyinin mövqeyi odur ki, bu fəaliyyətlə Sünikin, habelə Ermənistanın yeni təhlükəsizlik sistemini formalaşdırırıq. Sadəcə, Vorotan və Şurnux kəndləri ilə bağlı müəyyən suallar yarana bilər", - N.Paşinyan deyib.

Onun sözlərinə görə, həmin suallar müəyyən ağrılı situasiyalara səbəb ola bilər: "Lakin əmin etmək istəyirəm ki, erməni maraqlarının müdafiəsi ilə bağlı suallar yaranarsa, hökumət tam kompensasiya ödəyəcək, vətəndaşlarımızın hüquqları müdafiə olunacaq".


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR