Xəbərlər

“İnter” Perişiçi Alonsoya dəyişir

  • 22 Dec 2020
  • 612651649 baxış

İtaliyanın "İnter" klubu Markos Alonsonu heyətinə qatmaq niyyətindədir.

XalqTv.com apasport.az-a istinadla bildirir ki, Milan təmsilçisi İngiltərə "Çelsi"sinin oyunçusu üçün futbolçusu İvan Perişiçi verməyə hazırdır.

Bu dəyişikliyin təşəbbüskarı A seriyası təmsilçisinin baş məşqçisi Antonio Kontedir. "Çelsi"də çalışdığı vaxtdan müdafiəçiyə bələd olan mütəxəssis onu sərəncamında görmək istəyir.

Qeyd edək ki, cari mövsümdə Perişiç 18 oyunda 2 qol vurub, Alonso isə cəmi 3 dəfə meydana çıxıb.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR