idman

Sampaoli rəsmən Argentina millisində

  • 02 Jun 2017
  • 219 baxış

Xorxe Sampaoli rəsmən Argentina millisinin baş məşqçisi təyin olunub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəsis 5 illik müqaviləyə imza atıb. Sampaolinin köməkçilərindən biri 1986-cı ilin dünya çempionu Xose Burruçaqa olacaq. Sampaolinin son milli komanda təcrübəsi Çilidə olub. Çili yığmasını 2015-ci Amerika Kubokunun qalibi edən argentinalı mütəxəsis daha sonra "Sevilla"nın sükanı arxasına keçmişdi. Əndəlus klubu onun rəhbərliyi altında La Liqanın son mövsümünü 4-cü pillədə başa vurmuşdu.

Təcrübəli məşqçinin yeni işində qarşısına qoyulan tapşırıq asan deyil. O, 2018 DÇ seçmə mərhələsində qeyri-stabil çıxış edən Argentina millisini mundiala çıxarmalıdır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR