Nazirlik hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
- 25 Nov 2020
- 657119 baxış
Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ında dəyişiklik edib.
XalqTv.com Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, tələbələrə akademik məzuniyyətin verilməsi hallarına səfərbərlik üzrə hərbi xidmətə çağırılma da əlavə edilib.
Dəyişikliyə əsasən, tələbələr səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək akademik məzuniyyət veriləcək.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər.
XalqTv.com