Ermənistan vətəndaErmənistan vətş müharibəsi astanasında: düşmən öz qanına yerikləyir - GÜNÜN XƏBƏRİ

- 16 Nov 2020
- 656860 baxış
Ermənistanda qarşıdurma son, kritik həddə çatıb. Qarabağ müşaribəsində məğlub olan və kapitulyasiya anlaşması imzalayan İrəvanda xalq kütlələri baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Paşinyan isə "məxməri inqilab" kimi qələmə verilmiş, ssenarisi ABŞ-da hazırlanmış dövlət çevrilişi nəticəsində əldə etdiyi hakimiyyətdən getmək niyyətində deyil.
Tam əksinə, o, hakimiyyətini qorumaq üçün bütün vasitələrdən yararlanmaq niyyətindədir.
İrəvanın mərkəzindəki Respublika Meydanında etiraz aksiyalarının səngimədiyini və situasiyanın fasiləsiz kəskinləşdiyini görən Paşinyan tərəfdarlarını toplamağa çalışır.
O, Facebook-dakı səhifəsində yazıb: "Bu gün ön cəbhədə olan əsgərlərmizin onlarla videosuna baxdım. Onların dərin təfəkkürünə, zəkasına heyran qaldım. Uşaqlar, siz haqlısınız. Sizi İrəvanda gözləyirəm. Divarlar altında ulaşanların məsələsini birdəfəlik həll etmək üçün".
XalqTv.com