Xəbərlər

Qarabağ savaşında nə baş verir?

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Nov 2020
  • 56546789 baxış

Qarabağ savaşı başlayandan bəri məni maraqlı olan istiqamət Ağdərə idi. Hərbi əməliyyatların operativ teatrının bu məkanında vəziyyət uzun müddət qismən statik idi.

Ordumuz düşmən mövqelərini, hissələrini və qruplaşmalarını raket-artilleriya atəşinə tutur, məsafəli savaşa üstünlük verir, yaxın təmaslara başlamırdı.

Əsas diqqət PUA-lar vasitəsilə düşmən texnikasının, istehkamlarının və canlı qüvvəsinin sıradan çıxarılmasına yönəlmişdi.

Lakin üç gündür ki, bu istiqamətdə ordumuzun sürətli fəallaşması müşahidə olunur.

Müdafiə Nazirliyimizin Ağdərə-Papravənd yolunda düşmənin avtomobil karvanını pusquya salaraq məhv etməsi barədə xəbər yayması da bəhs etdiyim məqamlara birbaşa dəlalət edir.

Çünki Ağdərə-Paprəvənd yolu cəbhə xəttinə paralel olan və ermənilərə müxtəlif istiqamətlərdəki qüvvələrlə manevr imkanları verən Ağdərə-Ağdam rokad marşrutunun tərkib hissəsidir.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR