Siyasət

Peru Konqresi Azərbaycanın Respublika Günü münasibətilə sənəd qəbul edib - FOTO

  • 02 Jun 2017
  • 242 baxış

Peru Respublikası Konqresi tərəfindən  28 - may Respublika Günü ilə bağlı sənəd qəbul edilib.

Peru Respublikası Konqresi tərəfindən Azərbaycan - Peru dostluq qrupunun sədri konqresmen Dalmiro Felisiano Palomino Ortizin təşəbbüsü ilə 28 may - Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasına təbrik sənədi yekdilliklə qəbul edilib.
 
XalqTV.com xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, qəbul edilmiş sənəd Konqresin birinci vitse-prezidenti xanım Rosa Maria Bartra Barriganın tərəfindən imzalanıb.
 
Sənəddə Azərbaycan Respublikasının dünya tarixində ilk müsəlman demokratik respublika olduğunu, bu Respublikanın bütün vətəndaşlarının bərabər hüquqlarla təmin edildiyini, ölkəmizin tolerant çoxmillətli və multikultural olduğu qeyd edilir.
 
İki ölkə arasında diplomatik əlaqələrin 1996-ci ildə qurulduğu xatırlanaraq Azərbaycanın Peru üçün mühüm tərəfdaş olduğu qeyd edilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR