Xəbərlər

Gəncədə "Pianoçu" filmini xatırladan olay - VİDEO

  • 20 Oct 2020
  • 178878 baxış

Gəncədə məşhur "Pianoçu" filmini xatırladan olay yaşanıb.

XalqTv.com
 bildirir ki, musiqiçilərdən biri dağıntılara məruz qalmış evdəki pianoda mahnı ifa edib. Həmin anın görüntülərini CNN Türk-ün müxbiri Fulya Öztürk şəxsi Instagram hesabının "story" bölməsində paylaşıb.

O, videoya "Ah Gəncə" sözlərini yazıb, Türkiyə və Azərbaycan bayraqları emojisi qoyub.

Qeyd edək ki, məşhur polyak pianoçusu Şpilmanın həyatından bəhs edən dram janrlı "Pianoçu" filmində belə bir səhnə var.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR