Xəbərlər

Azərbaycan şahmatçısı dünya ikincisi oldu

  • 20 Oct 2020
  • 5688768 baxış

Onlayn şahmat üzrə məktəblilərin dünya çempionatında ilk mükafatçılar bəlli olub.

XalqTv.com-a istinadla bildirir ki, 2006-2007-ci il təvəllüdlü oğlan və qızların mübarizəsinə yekun vurulub.

U-14-lərin yarışında qüvvəsini sınayan Riad Səmədov da mükafatçılar sırasına düşüb. İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız 2-ci yeri tutub.

Gümüş medal əldə edən Səmədov dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eynio xal toplayıb. Yalnız əlavə göstəricilər asiyalıya qızıl medal qazandırıb.

Qeyd edək ki, qızların da yarışında İran təmsilçisi çempionluğa sevinib. Səhər Məsumi Kəjəz 7,5 xalla 1-ci olub.


XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR