Xəbərlər

Məşhur aktyor xərçəngə tutulub

  • 20 Oct 2020
  • 54565628 baxış

Amerikalı aktyor Ceff Brices xərçəng xəstəliyinə tutulub.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Twitter" hesabında məlumat verib.

"Mənə lenfoma diaqnozu qoyuldu", - deyə 70 yaşlı aktyor qeyd edib.

O bildirib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, əla həkimlərin köməyilə vəziyyəti yaxşılaşacaq; onların proqnozları müsbətdir. Aktyor bu gündən müalicəyə başlayacaq.

Qeyd edək ki, Ceff Brices 200-dən çox filmdə çəkilib. O, daha çox 2010-cu ildə ən yaxşı kişi roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülən "Crazy Heart" (Dəli ürək, 2009) filmi ilə tanınır.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR