Xəbərlər

"Danışığa getmək, döyüşü dayandırmaq olmaz" - Milli qəhrəman

  • 07 Oct 2020
  • 249 baxış

"Ermənistanın geri çəkildikləri, güzəştə getməyə hazır olduqları ilə bağlı bəyanatlarına Azərbaycan qətiyyən ümid bəsləməməlidir".

Bunu XalqTv.com-a açıqlamasında Milli Qəhrəman, ehtiyyatda olan polkovnik leytenant Vahid Quliyev deyib. 

Keçmiş döyüşçü bildirib ki, Azərbaycan ordusu bu gün çox yüksək əks-hücum əməliyyatları həyata keçirir:

Azərbaycan xalqı yalnız öz ordusuna güvənməlidir​

Düz 30 il bütün danışıqları eninə-boyuna aparmışıq, heç bir nəticə əldə olunmayıb. O cümlədən həmsədr dövlətlər də hansısa bir nəticənin əldə olunmasının heç marağında olmayıb və istəməyiblər. Ona görə də Azərbaycan xalqı yalnız öz odusuna güvənməlidir, yalnız irəli getməliyik. Danışıqlara o zaman başlaya bilərik ki, sonuncu erməniyə kimi Azərbaycan torpaqlarını tərk etsin, Ermənistan silahlı qüvvələri tamamilə Azərbaycan torpaqlarını tərk etsin və ondan sonra Prezidentimizin qoyduğu o şərtləri qəbul erirlərsə, gəlsinlər hansı danışığı deyirlərsə aparsınlar. Əgər istəyirlərsə təzədən erməniləri ora qaytaralar, onda buyursunlar ilk olaraq Ermənistan ərazisindən qovduqları azərbaycanlıları yerləşdirsinlər.

Döyüşü dayandırmaq olmaz

Bu saat heç bir danışığa getmək olmaz, döyüşü dayandırmaq olmaz. Qəti şəkildə ancaq irəli, irəli... Eşq olsun Azərbaycan əsgərinə. Azərbaycan ordusu bu gün çox yüksək səviyyədə əks-hücum əməliyyatları həyata keçirir. Ordumuz tamamilə peşəkar şəxsi heyyətə, dünyanın ən müasir silahlarına malikdir. Qarşısına qoyulan döyüş tapşırığını layiqincə yerinə yetirir və yetirəcək".




XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR