Xəbərlər

Əsgərlərə 180 manat köçürən Hikmət baba...

  • 07 Oct 2020
  • 6972429 baxış








ƏƏSMN əməkdaşları ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babaya baş çəkiblər.

XalqTv.com Trend-ə istinadən bildirir ki, ötən gün Şəkidə yaşayan Hikmət Musayevin ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsi ilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək H.Musayevi tapıblar.

H.Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. Hikmət baba deyib ki, əsgərlərə canım qurban:

"O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram".








XalqTv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR