Xəbərlər

Paşinyan, sən nə vaxt ağıllanacaqsan?

  • 07 Oct 2020
  • 70244 baxış



Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın BBC telekanalına verdiyi müsahibə ilə dünyada növbəti dəfə özünü biabır edib. Telekanalın əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalan "saqqallı uşaq" yenə də uğursuz və diletant siyasətçi olduğunu təsdiqləyib.

Bir saata yaxın çıxış edən Nikol erməni dilində danışıb. Çünki başqa dil bilmir. Özünü siyasətçi adlandırmağına baxmayaraq hələ də ingilis dilini öyrənə bilməyib. Və ingilis dilində danışanda dediyini yalnız özü anlayır.

Jurnalistin Rusiya prezidenti Vladimir Putinə çoxsaylı zənglərin nəticəsi haqda konkret sualına Paşinyan konkret cavab verə bilməyib. Nə cavab versin axı?! "Acizəm, anlayıram ki, rəhbər olduğum dövrdə hamı ilə, həmçinin Rusiya ilə, münasibətləri korlamışam" desin? "Ölkəm başqa dövlətin torpaqlarını işğal edib, ona görə ona-buna yardım üçün səhərdən axşama qədər zəng edirəm, yalvarıram, diz çökürəm" desin? Yox, Nikol elə demədi. "Qarabağ Ermənistanındır" dedi. Və Azərbaycana antiterror əməliyyatının davam etməsindən başqa yol qoymadı.

10 gündür Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğal edən düşmənə amansız zərbələr endirir, onların rəhbəri isə hələ də ağıllanmayıb. Ermənistanda cəbhəyə göndəriləcək adam qalmayıb, ordusu hər gün ağır zərbələr alaraq, geri çəkilir. Bu yaxınlarda Paşinyan xalqa müraciətində dilənçi kimi, əhalidən zirehli geyim, hərbi paltar istədi. Amma ağılsız diletant siyasətçi yenə də özünə yığışmır. Yenə də etiraf etmək istəmir ki, ölkə və özü dalana dirənib və yeganə çıxış yolu işğal olunmuş Azərbaycan torpaqlarından rədd olmalarıdır.

Paşinyan hələ də dünya ictimaiyyətinin qəbul etdiyi həqiqətləri qəbul edə bilmir. Deməli, ağılsız Nikola bunu başa salan lazımdır. Azərbaycanın qüdrətli ordusu bu vəzifənin də öhdəsindən gələcək. Və açıq şəkildə Paşinyana həqiqətləri çatdıracaq. Bəlkə o zaman Nikol ağıllana. Amma gec olacaq...




XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR