Xəbərlər

“LG” rulon-televizor təqdim edib

  • 03 Oct 2020
  • 3450 baxış

LG" şirkəti ilk dəfə olaraq rulon formalı televizor istehsal edib. Cihaz oktyabr ayında satışa buraxılacaq. Modelə "LG Signature OLED TV R" adı verilib. Cihaz xüsusi qutu formasında olan altlığa yığılan "OLED" ekrana sahib olmaqla bazardakı digər cihazlardan fərqlənir.  Cihazın təsvirinə görə, ekranın yığılma və açılma prosesi təxminən 15 saniyə çəkir. Çevik ekran 50 min dövr üçün nəzərdə tutulub və ya cihazı gündə 10 dəfəyə qədər açıb yığmaqla13 il müddətində istifadə etmək olar. Cihaz "4K" ölçüsünü dəstəkləyir. Bundan əlavə, televizor 100 vattlıq quraşdırılmış akustik sistemi ilə təchiz edilib.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR