Hadisə

5 otaqlı evdə yanğın - FOTO

  • 16 Sep 2020
  • 1050 baxış

Ağcabədidə ev yanıb.

XalqTv.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb.

Qarayev Şəhriyar Fəxrəddin oğluna məxsus, ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR