SAĞLAMLIQ

"Koronavirusla bağlı indiki vəziyyəti xəstəliyin ikinci dalğası kimi qiymətləndirmək olar"

  • 16 Sep 2020
  • 1704 baxış

Çexiyada yoluxanların sayı hələlik faciəli həddə çatmasa da, 2-3 həftədən sonra ölkənin stasionar xəstəxanalarında bu ilin yaz aylarında pandemiyanın ilk dalğası zamanı olan qədər xəstə yerləşdirilə bilər.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Çexiyanın Səhiyyə üzrə Hökumət Komissiyası tərəfindən yeni yoluxanların sayının artım dinamikasının öyrənilməsi əsasında hazırlanmış fövqəladə press-relizdə yer alıb.

"Koronavirusla bağlı indiki vəziyyəti xəstəliyin ikinci dalğası kimi qiymətləndirmək olar", - dərc olunmuş sənəddə bildirilir. Bununla yanaşı, ölkənin səhiyyə sisteminin hansısa bir məqamda öz imkanlarının son həddinə çata biləcəyi də qeyd olunub.

Çexiyada COVID-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanların sayı hər gün təqribən 10 nəfər artır. Yoluxanların sayına görə hər 100 min nəfərə nisbətdə hazırda üçüncü olan Çexiya Avropa İttifaqı ölkələri arasında yalnız Fransa və İspaniyadan geridə qalır. Mövcud vəziyyət nəzarət altına alınmazsa, Çexiyanın bu istiqamətdə daha da "irəli gedəcəyi" istisna edilmir.

Bundan necə qurtulmalı? Təbii ki, ekspertlərin dediyi kimi, karantin rejiminə, gigiyena qaydalarına riayət etməklə, maska taxmaqla və kütləvi tədbirləri ləğv etməklə.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45975 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 867 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 869 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 859 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 958 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/21/cached-xeber-19308-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11