Şou Bİznes

Nofəl Süleymanovun oğlu haqqında dediyi son sözlər - VİDEO

  • 15 Sep 2020
  • 309 baxış

Bu gün mərhum gitara ifaçısı Nofəl Süleymanovun ölümündən yeddi gün keçir.

xalqTv.com ölkə.az-a istinadən bildirir ki, bu barədə aşıq Namiq Fərhadoğlu Lider televiziyasında yayımlanan  "Xoş ovqat" verilişində deyib.

Mərhum ifaçıya həsr olunmuş proqramda onun haqqında maraqlı süjet yayımlanıb.

Videoçarxda mərhum sənətçi böyük övladı Şövqi ilə hər zaman fəxr etdiyini bildirərək, bu sözləri qeyd edib:

"Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun, Azərbaycan övladları. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun. Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o, Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım".

Qeyd edək ki, Nofəl Süleymanov sentyabrın 8-i yaşadığı mənzildə ehtiyatsızlıq səbəbilə  17 yaşlı oğlu Şövqi tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR