Şou Bİznes

Əməkdar artistin vəziyyəti pisləşdi - Heç kimi tanımır

Masya
Masya
  • 14 Sep 2020
  • 13 baxış


XalqTV.com xəbər verir ki, əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib.

Ailə üzvlərindən qafqazinfo-ya verilən məlumata görə, bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb.

"Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir", - bildirilib.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR