Xəbərlər

Lalə Azərtaşın ATV-də son günü

  • 11 Sep 2020
  • 243 baxış

Lalə Azərtaşın ATV-də son günü


"Gül ətirli cüməniz mübarək. Cümə günü mənim ən sevdiyim gündür. Bu gün həm də mənim üçün çox önəmli gündür. Tamaşaçılarımın görüşünə sonuncu dəfə gələcəm".

XalqTv.com-un məlumatına görə, bunu ATV-nin tanınmış siması Lalə Azərtaş "İnstagram" səhifəsində yazıb. O, 18 ildir çalışdığı kanalla yollarını ayırdığını rəsmi şəkildə təsdiqləyib və bu kanalda sonuncu dəfə efirə çıxacağını bildirib.

"2002-ci ildə "ATV Xəbər"dəki ilk efirimdə keçirdiyim məsuliyyət var içimdə. Sizi çox sevirəm. Sevildiyimi də hiss edirəm. Bunun üçün sizə sonsuz təşəkkürlərim var...

Bu xəbər bilinəndə, iş yoldaşlarımla sağollaşanda çox şeylər yaşandı: səmimi göz yaşları, alqış sədaları, "sevinc"lər... Tamaşaçılardan bəziləri isə gedişimlə bağlı fikir bildirəndə bir neçəsi o qədər gözəl vurğulamışdı ki - O, maddiyyat üçün illərlə işlədiyi yerdən getmez. Yəqin, nə isə səbəb olub. Bəli, əzizlərim səbəb var. Amma səbəbi məndə qalsın. Hər birimizə uğur olsun.

ATV-nin, düşünürəm ki, mənə yalnız uğur qazandırdıqları olub, məni bir çox profildən püxtələşdirib. Ona görə doğma kanalıma səmimi və qucaqdolu təşəkkürlərim var. Xəbər kollektivim isə o qədər peşəkardır ki, inanıram hər zaman öndə və baxılan xəbər proqramı olacaq. İnanıram ki, özünə yenə gözəl bir sima yetişdirəcək. Bizim yaxşı xəbər aparıcılarımız var və olacaq da. Onlardan öz üslubu olanlar hər zaman parıldayacaq. Kimsə olmasan, kimisə təkrar etməsən, onsuz da sən seçiləcəksən. O baxımdan həmkarlarıma, kanalın dirəyi olan müxbir və redaktorlarıma, bir sözlə, bütün "Atv Xəbər" ailəsinə uğur arzulayıram. Bundan sonrakı hər uğurunuz da mənim uğurum olacaq.

Bir sözlə, canımın parçası ATV-yə, gözümün hər zaman düz gözlərinin içinə baxan tamaşaçı kütləsinə və məni hər zaman şanslı yaratdıgına inandığım YARADANIMA Sonsuz minnətdaram! Sağ olun, dünya durduqca da VAR OLUN! Əziz tamaşaçılarım, Sizinlə yenidən görüşmək ümüdi ilə..."

Xatırladaq ki, aparıcının karyerasına Xəzər televiziyasında davam edəcəyi barədə məlumat bir neçə gün öncə yayılmışdı. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR