Xəbərlər

1-2 aydan sonra toylar yeni qaydalara uyğun keçirilə bilər - TƏKLİF

  • 28 Aug 2020
  • 254 baxış


Azərbaycanda koronavirusa yoluxmaların sayı azalmaqda davam etsə, müəyyən şərtlər daxilində toyları bərpa etmək olar.

XalqTv.com xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev qeyd edib: "Artıq ölkəmizdə koronavirusa yoluxmaların azalması müşahidə olunur və əgər bu davamlı şəkildə müşahidə edilsə düşünürəm ki, 1-2 aydan sonra toyların keçirilməsinə hər hansı məhdudlaşdırıcı şərtlər daxilində icazə vermək də olar. Vacib deyil ki, toyda 500 adam iştirak etsin, qoy 50 adam iştirak etsin, karantin qaydalarına riayət edilsin, yəni bunun da bir formasını tapmaq olar.

Düşünürəm ki, hər hansı bir forma tapıb toyları bərpa etmək olar. Tutaq ki, müəyyən yaxın adamlar açıq havada bir formada toy qeyd edə bilərlər. Vacib deyil ki, yüzlərlə adam yığıb təmtəraqlı toy edilsin".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR