Dünya

Su altında dörd ayaqla gəzən yeganə balıq

Masya
Masya
  • 24 Aug 2020
  • 35 baxış


Qırmızı dodaqlı yarasa balığı və ya Qalapaqos yarasa balığı (Red-lipped batfish or Galapagos batfish) Qalapaqos adaları və Kosta-Rikanın Sakit okeanı sahillərindəki Kokos adası yaxınlığında tapılıb.

Bu balıq iri, qırmızı, ətli dodaqları ilə sanki, dodağına boya çəkmiş qadını xatırladır. Balığın qəribə burnu və yerimək üçün dörd üzgəci vardır. Qırmızı dodaqlı yarasa balığı su altında dörd ayaqla gəzən yeganə balıq növüdür. Bir balıq növündən gözlənilənin əksinə olaraq, çox yaxşı üzgüçü deyillər. Sinə üzgəclərdən istifadə edərək, okean səthinin 3-76 m dərinliklərində rahatlıqla ayaqda durur və üzgəc ucları vasitəsilə gəzə bilir.

XalqTv.com seanews.az-a istinadən bildirir ki, yetkinlik yaşına çatdıqda isə bel üzgəci tək onurğaya çevrilərək, şikarını cəlb etmək üçün başının üstündə illicium adlanan bir vasitəyə çevrilir. İllisiumun üstündə isə eska adlanan orqan yerləşirki, bu orqan dərin qaranlıq sularda özündən işıq yayır, parıldayaraq şikarını özünə doğru yönəldir.

Bundan başqa, burunlarının altında, digər balıqları aldatmaq üçün balaca qarmaq kimi istifadə etdikləri kiçik dəri parçaları var. Bu balıqlar ət yeyəndir və balıq, krivetka kimi kiçik xərçəngkimilərlə qidalanır. Balığın qarın nahiyəsi ağ, bədəni isə açıq-qəhvəyi və bozun çalarlarına bənzəyir. Burnu və buynuzu da qəhvəyi kimi bir rəngdədir. Başından başlayaraq quyruğunun sonuna kimi tünd qəhvəyi zolaqlar vardır. 20,3 sm uzunluğundadır, həmçinin, 19-20-ə yaxın onurğası vardır. Qəribə görünüşləri olmasına baxmayaraq, insanlar üçün təhlükəsizdir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR