Xəbərlər

ŞAD XƏBƏR: Rayonlara gediş-gəliş bərpa edilir

Masya
Masya
  • 24 Aug 2020
  • 15 baxış

XalqTV.com xəbər verir ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın ötən brifiqində Prezidentin köməkçisi Şahmar Mövsümov avqustun 24-dən rayonlara gediş-gəlişin bərpasının müzakirə olunduğunu bildirib.

Bəs, mövcud şəraitdə rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?

Millət vəkili Razi Nurullayev bu məsələ ilə bağlı Redaktor.az-a bildirib ki, rayonlara gediş-gəliş bərpa olunmalıdır:

“Hər zaman karantin rejimin yumşaldılmasından yanayam. Artıq demək olar ki, virusla necə davranacağımızı, onunla birgə yaşamağı, virusu kontrolda saxlamağı öyrənmişik. Son zamanlarda qərarlarda yumuşalmalara şahid oluruq. Amma düşünürəm ki, bu, kifayət deyil. Artıq yollar açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır”.

Deputat qeyd edib ki, insanların psixoloji durumu çox ağırdır, hər kəs gərginlik içindədir:

“Qərar veriləndə, bu da nəzərə almalıdır. Fikrimcə, hazırkı durumda rayonlara rahat gedib-gəlmək təhlükə kəsb etmir. Məsələn, Böyük Britaniyada virusla bağlı durum bizdən çox ağırdır, amma orada artıq məktəblər açılıb.

Düşünürəm ki, yəqin yaxın günlərdə bizdə də rayonlarla bağlı qadağa aradan qalxacaq”.

“Digər tərəfdən dövlətin qərarlarını da anlayışla qarşılamaq lazımdır. Onlar üçün də önəmli olan insanların sağlamlığıdır” -deyə millət vəkili əlavə edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR