Dünya

Rusiyada binada baş verən partlayış nəticəsində ölənlər var

Masya
Masya
  • 22 Aug 2020
  • 25 baxış


Yaroslavl şəhərində partlayış baş verdiyi yaşayış binasının qalıqları altından xilasedicilər bir qadın və bir uşaq cəsədini tapıblar.

XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional xidməti daha əvvəl bir nəfərin həlak olması barədə məlumat yaymışdı.

Partlayışın baş verdiyi binada 115 nəfər qeydiyyatdadır. İlkin məlumata görə, Yaroslavl şəhərinin Batov küçəsi 5 ünvanında yerləşən binada partlayışa səbəb qaz sızması olub.

Rusiyanın Yaroslavl şəhərində partlayış baş vermiş binanın 115-sakinindən 38-i barədə məlumat dəqiqləşdirilir. Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbəri Oleq Baçarov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, partlayışın baş verdiyi binada 115 nəfər qeydiyyatdadır. Onlardan 77 nəfərin taleyi məlumdur, o cümlədən 3 nəfər xəsarət alıb, 1 nəfər həlak olub. Yerdə qalan 38 nəfər üzrə araşdırma davam etdirilir.

İlkin məlumata görə, Yaroslavl şəhərinin Batov küçəsi 5 ünvanında yerləşən binada partlayış qaz sızması nəticəsində baş verib. Hazırda binanın 6-cı mərtəbəsində asılı lövhələrin uçma təhlükəsi qalmaqdadır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR