Xəbərlər

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi? - RƏSMİ CAVAB

  • 22 Aug 2020
  • 208 baxış


"Bugünkü gündə hər hansı ciddi şəkildə sərtləşmə olacaq, yoxsa yox, buna qərar verəcək ciddi dəyişikliyimiz yoxdur".

XalqTv.com BAKU.WS - a istinadən xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O əlavə edib ki, belə bir məsələ olarsa, əlbəttə, ictimaiyyətə açıqlanacaq: "Həqiqətən də, bu gün biz az da olsa artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə ediləcək. Biz bu məsələyə ciddi yanaşmalıyıq".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR