Hadisə

13 yaşlı qızın cəsədi tapıldı - Anası evdə qoyub, pivəxanaya gedibmiş - FOTO

  • 21 Aug 2020
  • 338 baxış


Ana 13 yaşlı qızını ölümə tərk edib.

XalqTv.com Mirror-a istinadla xəbər verir ki, övladı xəstə ikən onu evdə tək qoyaraq ölümünə səbəb olan qadının məhkəməsi keçirilib.

Hakim qarşısına çıxarılan 45 yaşlı qadın ifadəsində bildirib ki, evdən çıxan zaman divanda halsız vəziyyətdə uzanan qızı ona kömək üçün yalvarıb.

Şotlandiyanın Qlazqo şəhərində yaşayan Sharon Goldie adlı qadın 13 yaşlı qızı Robyn Goldie-ni ölümə tərk etdiyinə görə həbs olunub.

O, qızını xəstəlikən evdə tək qoyaraq dostları ilə pivəxanaya gedib. Qadın onlarla birlikdə evə gəldikdə qızının hərəkətsiz olduğunu görsə də, buna əhəmiyyət vermədən həyətdə pivə içməyə davam edib.

Bir müddət sonra qadının dostları uşağın öldüyünü biliblər.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR