Xəbərlər

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 28 mindən çox artıb

Masya
Masya
  • 21 Aug 2020
  • 25 baxış


İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 28786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10095894 nəfərə çatıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 59356 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,0 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1608-i əkiz, 57-si isə üçəm doğulanlardır.

2020-ci ilin yanvar-iyun aylarında ölkədə 31016 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR