Dünya

İran "Qasim Süleymani" raketini təqdim etdi

  • 20 Aug 2020
  • 276 baxış


İran yeni ballistik raketlərinin təqdimatını edib.  

XalqTv.com APA-ya istinadən bildirir ki, yeni raketlərə general Qasim Süleymani və Mehdi Mühəndisin adları verilib. 

İran Müdafiə Nazirliyi açıqlamasında "Hacı Qasim" və "Əbu Mehdi" raketlərinin yeni nailiyyət olduğunu açıqlayıb.

"Hacı Qasim" ballistik raketi 1400 kilometr, "Əbu Mehdi" raketi isə 1000 kilometr məsafədə hədəfi məhvetmə gücünə malikdir.

İran Müdafiə Nazirliyi  həmçinin RQ-170 pilotsuz təyyarəsinin motorunun təqdimatını da edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR