Hadisə

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralananlar var

  • 20 Aug 2020
  • 318 baxış


Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

XalqTv.com APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 14.00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib. "Hyundai" markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük avtomobilinə çırpılıb. 

Hadisə nəticəsində minik avtomobilində olan qadın dünyasını dəyişib, 2 uşaq isə yaralanıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR