Xəbərlər

"Xahiş edirəm, qızımı xilas edin" - FOTO

  • 19 Aug 2020
  • 273 baxış


XalqTv.com xəbər verir ki, 2 yaşlı Nərmin epilepsiya xəstəsidir. 6 ayından epileptik tutmaları başlayıb.

Bu səbəbdən Beyin Maqnetik Rezonans görüntüləmə (MRT) müayinəsi keçib. Nəticədə kistik lezyon aşkar olunub. Altı ayından etibarən farmakaloji müalicə qəbul edir, lakin epileptik tutmaları təkrarlanır. 
Bu səbəbdən Türkiyədə olan Medical Park xəstəxanasına müraciət ediblər. Nəticədə beyin əməliyyatına ehtiyac olduğu vurğulanıb.

Əməliyyat üçün 40.000 ABŞ dolları tələb olunur. Ailənin isə buna imkanı yoxdur.

Nərminin həyatını xilas etməyə yardımçı olmaq üçün atası Fuad Piriyev cəmiyyətə müraciət edib: "Xahiş edirəm qızımın həyatda qalması üçün bizə köməklik göstərəsəniz".

Nərminin əməliyyatına kömək etmək üçün Kapital bankda kart hesabına ianə verə bilərsiniz:
4169 7414 1999 8016 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR