Şou Bİznes

Məleykə Əsədova formada qalma sirrini bölüşdü - FOTO

Masya
Masya
  • 19 Aug 2020
  • 31 baxış


Səhər saat 7-də dəniz sahilinə yollanıram. Dənizin ləpəsini, qoxusunu, rənglərini, sonsuzluğunu çox sevirəm. Dənizi insan xasiyyətinə bənzədirəm, bəzən fırınalı, bəzən çox sakit. Ən əsası biz fırtınasız olaq.

XalqTv.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova bildirib. Türkiyədə istirahət edən aktrisa fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Qızı Gülərlə şəklini yayımlayan Əsədova "Yaşamaq eşqim. Gözəlliyim, ruhum, Allahımın mənə ən böyük hədiyyəsi. Allah səni mənə çox görməsin. Allah bizi şeytan ruhlu mərdimazar varlıqlardan qorusun. Səni sevinən görəndə dünya mənim olur" qısa şərhini yazıb.

Baxım sirlərini bölüşən aktrisa karantin günlərində ancaq özünə qulluq etdiyini deyib. O bildirib ki, hər gün idmanla məşğul olub, masajlar etdirib:

"Pəhriz saxlamamışam. Amma yediklərimə fikir vermişəm. Kosmetoloqumun yanına tez-tez gedirəm. Üzümə təravətləndirici maskalar edirəm".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR