Şou Bİznes

"O, sənin ananın yanındadı" - Xoşqədəm izləyicisini təhqir etdi

  • 19 Aug 2020
  • 295 baxış


Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

XalqTv.com big.az-a istinadla xəbər verir ki, aparıcı İnstaqram hesabında həyat yoldaşı Doğuş və əkizləri bilrikdə görüntüləndiyi foto paylaşıb. O, fotoya: "Dünyanın ən gözəl tablosu ailə tablosudur" sözlərini yazıb.

İzləyicilərdən biri "böyük oğlunun da şəklini qoy baxaq" şərhini yazıb. Lakin bu sözə Xoşqədəm sərt reaksiya göstərərək izləyicisini təhqir edib. Belə ki, o, "o, sənin ananın yanındadı, şəkli neynirsən hər gün görürsən" cavabını verib.

Həmin izləyici isə bildirib ki, onun anası rəhmətə gedib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR