Xəbərlər

"Sədərək": Sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur

  • 17 Aug 2020
  • 227 baxış


XalqTV.com xəbər verir ki, Bakıda fəaliyyətini müvəqqəti dayandıran "Sədərək" Ticarət Mərkəzində dezinfeksiya işləri davam etdirilir.

Mərkəzdən Milli.Az-a verilən məlumatda bildirilir ki, ticarət mərkəzi ərazisində hər gün profilaktik tədbirlər görülür: "Hazırda bazar ərazisdindəki bütün mağaza və obyektlər gündəlik dezinfeksiya edilir, ərazidə təmizlik işləri aparılır. Ticarət Mərkəzində onlayn satış davam edir. Təxminən sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur. Digər sahibkarlar isə fəaliyyətini dayandırıb. Ticarət Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təkliflərinə tam qaydada riayət olunur. Bazar ərazisində onlayn satışla məşğul olan sahibkarlarların da qaydalara əməl etməsinə ciddi nəzarət olunur. Bazar ərazisinə daxil olan şəxsin kimliyindən asılı olmayaraq tibbi maska və qoruyuculardan istifadəsi vacibdir".

Xatırladaq ki, ölkədə yayılan koronavirus infeksiyasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə Bakıda və digər 12 şəhər və rayonda sərt karantin elan edilib və həmin ərazilərdə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR