Xəbərlər

Bakıda bəzi işıqforların fəaliyyətində problem yarandı

  • 17 Aug 2020
  • 228 baxış


Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakının bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb.

XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: "Sürücülərdən xahiş edirik ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR