Hadisə

Paytaxtda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə ediliblər

  • 14 Aug 2020
  • 308 baxış


XalqTv.com xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan bacada yağ qalıqları və elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın birinci mərtəbəsində olan dönərxana və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR