idman

“Hər kəsin tək düşüncəsi “Qarabağ”la oyunadır” - Zoran Steryovski

  • 14 Aug 2020
  • 275 baxış


"Sileks" yaxşı komanda və möhkəm kollektivdir. Komandada ulduz olmasa da, keyfiyyətli futbol göstərirlər.

XallqTv.com apasport.az-a istinadla bildirir ki, bunu "Pelister"in baş məşqçisi Zoran Steryovski Şimali Makedoniya çempionatının II turunda "Sileks"lə keçiriləcək oyunla bağlı danışarkən deyib.

Bu gün baş tutacaq qarşılaşma haqda fikir bildirən 45 yaşlı mütəxəssis rəqibin bütün diqqətinin Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"da olduğunu düşünür. Steryovski bundan yararlanmağa çalışacaqlarını söyləyib: "Sileks" keçmiş komandamdır, onlar barədə çox şey deyə bilərəm. "Sileks"də indi hər kəsin tək düşüncəsi "Qarabağ"la oyunadır. Biz də bundan yararlanmalıyıq. Düzdür, "Qarabağ"la görüşü hələlik unutmaq istəyirlər. Ancaq Çempionlar Liqası ildə bir dəfə olur və bunu ikinci plana atmaq mümkün deyil. Bəlkə də, həmkarım bütün bunları nəzərə alıb, bəzi dəyişikliklər edəcək".

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu 20:00-da start götürəcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR