Hadisə

Evdən çıxan 4 koronavirus xəstəsinin 2-si həbs edildi - FOTO

  • 14 Aug 2020
  • 349 baxış


XalqTv.com xəbər verir ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına hərtərəfli əməl olunmasına ciddi nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxlanılıblar.

Belə ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlər yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar. 

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan  müalicə alan və həkim nəzarətində olan  şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir.  

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR