Xəbərlər

"Bu əməl Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub"

Masya
Masya
  • 14 Aug 2020
  • 23 baxış


XalqTv.com xəbər verir ki Rusiyanın Ermənistana, xüsusilə də işğalçı ölkənin Azərbaycanın Tovuz rayonu istiqamətindəki hər təxribatından dərhal sonra silah göndərməsi rəsmi Moskvanın beynəlxalq öhdəliklərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına ziddir.

Bunu Milli.Az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın mülki əhalisini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduqdan, Azərbaycanın dövlət sərhəddindəki yüksəklikləri ələ keçirməyə göstərdiyi cəhddən sonra işğalçı ölkəyə külli miqdarda hərbi təyinatlı yükün göndərilməsi Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirilmiş hərbi-siyasi təxribat xarakteri daşıyan əməl kimi qəbul oluna bilər: "Bu əməl Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub və Prezident İlham Əliyevin Rusiyalı həmkarı ilə bu barədə açıq mətnlə danışması dövlətimizin başçısının əzmini, qətiyyətini və təbii ki, Azərbaycan vətəndaşlarının vahid mövqeyini ifadə edir. Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələ ölkənin siyasi hakimiyyəti üçün vazkeçilməzdir və bütün ikitərəfli, çoxtərəfli münasibətlərdə əsas kimi götürülür".

"BMT Nizamnaməsinin tələblərinə əsasən, Rusiya bu təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvü kimi sülhü və təhlükəsizliyi qorumağa, təcavüzə qarşı çıxış etməyə, təcavüzkarla bağlı BMT-nin hədəf və prinsiplərindən irəli gələn addlmları atmağa borcludur. Amma reallıqda isə, Rusiya təcavüzkara hərbi yardım göstərir və bununla da həyata keçirilməsinə görə məsuliyyət daşıdığı hədəf və prinsiplərin əleyhinə çıxış edir, bununla da beynəlxalq sülhü, təhlükəsizliyi açıq şəkildə təhdid edir. Ermənistana silah göndərilməsi işğalçının dəstəkləmənməsi, münaqişənin həllinə imkan verilməməsi, mövcud status kvonu möhkəmləndirilməsi, münaqişənin daha da genişlənməsinə imkan yaradılması deməkdir. Rusiya, o cümlədən ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri dəfələrlə mövcud ststus kvonun qəbuledilməs olduğunu vurğulasalar da, öz davranışları ilə faktiki olaraq mövcud vəziyyətin qorunub saxlanımasına, möhkəmləndirilməsinə xidmət edirlər", - ekspert deyib.

"ATƏT-in Minsk Qrupunun hər üç həmsədri öz əməlləri ilə işğalın davam etməsinə zəmin yaradır, münaqişənin ədalətli həllinə mane olur, işğalçıya hərtərəfli yardım göstərir, siyasi və hərbi dəstək verirlər. Bu isə, öz növbəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nə zamansa ədalətli, obyektiv mövqe nümayiş etdirəcəklərini şübhə altına alır. Məhz bu baxımdan, Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvü kimi proseslərdəki rolu artırılmalı, mövcud həmsədrlik formatı ləğv edilməli, yaxud Minsk Qrupu tamamilə buraxılmalıdır", - E.Mirzəbəyli vurğulayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR