Xəbərlər

Paytaxt sakinlərinə xəbərdarlıq: ehtiyac yaranmadıqda küçəyə çıxmayın - FOTO

  • 14 Aug 2020
  • 241 baxış

Bakıda genişmiqyaslı dezinfeksiya işləri aparılacaq.

XalqTv.com bildirir ki, Trend-in paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, sabah, avqust ayının 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR