SAĞLAMLIQ

Koronavirusu öldürən yeni təyyarə oturacaqları

  • 14 Aug 2020
  • 295 baxış


Dünyanın ən böyük aviasiya şirkətləri üçün kabin dizaynını hazırlayan Britaniyanın Priestman Goode dizayn şirkəti, koronavirusu öldürməyə qadir olan gələcəyin təyyarə oturacaqlarını nümayiş etdirib.

XalqTv.com deyerler.org-a istinadən bildirir ki, yeni dizayn sərnişinləri infeksiyanın yayılmasından qorumağa yönəldilib. İnnovativ dizaynın gigiyena və uçuş keyfiyyətini də artırmalı olduğu vurğulanmışdır. Yeni oturacaqların istehsalında koronavirusu öldürən ultrabənövşəyi təmizləyici üsullara malik materiallar istifadə ediləcək.

Bundan əlavə, təyyarələrdəki bölümlərin adları da dəyişəcək. Ekonom klassa "Pure Skies Zones" adını verən dizaynerlər, VİP sinifi "Pure Skies Rooms" adlandırıblar. Gələcəyin ekonom klass sərnişinləri arasında təmas imkanlarını minimuma endirmək üçün bəzi oturacaqlar dama taxtası kimi yerləşdiriləcək.

Britaniyalı dizaynerlərinin fikrincə, gələcək təyyarələrdə artıq uçuşda əyləncə sistemi olmayacaq, bunun əvəzinə sərnişinlər öz smartfonlarında məzmunu izləyə biləcək.

Simsiz enerji yükləmə cihazları da oturacaqlara quraşdırılacaq. Zibil və zərərli bakteriyaların çox olduğu yerdə oturacaq cibləri də olmayacaq. Ciblər kilidlənə bilən paketlərlə əvəz olunacaq. "Pure Skies Rooms" sərnişinlərinin də, fərdi şkafları, pərdələri və geniş ekranlı televizorları olacaq.

Layihənin 3 ildən sonra həyata keçirilməsi planlaşdırılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45767 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 639 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 714 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO