Siyasət

Bayrağımızı tapdalayan erməni axtarılır - FOTO

Masya
Masya
  • 13 Aug 2020
  • 12 baxış


ABŞ-dakı erməni diasporu daha bir gözlənilən zərbəni alıb.

XalqTv.com xəbər verir ki, İyulun 12-də Azərbaycanın Los-Ancelesdəki konsulluğunun önündə Ermənistanın işğalçılıq siyasətinə etiraz edən, ordumuza və ali baş komandana dəstək izhar edən soydaşlarımızın dinc aksiyası azğınlaşmış ermənilərin hücümuna məruz qalmışdı.

Milli.Az bildirir ki, Los-Anceles şəhərinin Brentvud səmtindəki binada yerləşən konsulluğumuzun önünə toplaşmış soydaşlarımızı minlərlə ermənidən ibarət yığnaq "susdurmağa" çalışıblar. Bu alınmayanda azğın ermənilər hücuma keçiblər.

100-ə yaxın soydaşımız təxminən 3 mindən artıq erməniyə sinə gərib.

Bir neçə soydaşımız döyülüb, ağır xəsarətlər alıblar.

Los-Anceles polisi vəhşiləşmiş erməniləri axtarır. Artıq 3 nəfər müəyyənləşdirilib.

Onlardan biri fotoda gördüyünüz şəxsdir. Bu erməni Azərğbaycan bayrağını tapdalayandan sonra yanındakı iki erməni ilə birlikdə bir azərbaycanlını vuraraq yerə yıxıb.

ABŞ polisi bu ermənini nifrət zəminində cinayət törətməkdə suçlayaraq axtarışa verib.

Axtarışda olan üç erməni 20-30 yaş aralarındadır. Digər iki erməninin əyinlərində cins şalvar və qara futbolka olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR