Hadisə

Şəbnəm Tovuzlunun 22 yaşlı xalası oğlu intihar etdi

Masya
Masya
  • 11 Aug 2020
  • 578 baxış


 Şəbnəm Tovuzlunun xalasıoğlu intihar edib.

Hadisə Gəncə şəhərində "Pasyolka" deyilən yaşayış massivində, İsaq Ceferov küçəsi, bina 10-da baş verib.

XalqTv.com xəbər verir ki, müğənni bununla bağlı "big.az"a açıqlama verib:

"Hazırda Gəncədəyəm. Xalamoğlunun 22 yaşı vardı. Özümüz də dəqiq bilmirik nədən intihar edib. Dostları ilə arasında mübahisə olub.

Hazırda çox pisəm. Sözlərimi necə ifadə edim bilmirəm. 22 yaşlı ağıllı, tərbiyəli uşaq idi. Allah pis adamlara lənət eləsin".

Qafqazinfo xəbər verir ki, hadisə Metallurq stadionunda baş verib. Şəhər sakini, 1998-ci il təvəllüdlü Rzayev Pünhan Rəhman oğlu özünü stadiondakı yarımtikilidən telefon naqili ilə asaraq intihar edib. 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR