Dünya

Bilsələr toya gəlməyəcəkdilər - Gəlinin anası koronavirus çıxdı, qonaqları da yoluxdurdu

  • 11 Aug 2020
  • 233 baxış

Qadının məsuliyyətsizliyi onlarla insanın koronavirusa yoluxmasına səbəb olub.

XalqTv.com haberglobal-a istinadla bildirir ki, olay Türkiyənin Bursa vilayətinin Yıldırım qəsəbəsində yaşanıb. Koronavirus testi müsbət çıxıb, ev şəraitində müalicə olunan qadın "bilən olsa toya heç kim gəlməz" deyərək xəstəliyini gizlədərək qızının toy mərasimində iştirak edib.

Mərasimdən bir neçə gün sonra qonaqların bir qismində koronavirusun simptomları aşkarlanıb.

Olayın üstü xəstəliyə yoluxan şəxslərin ifadəsindən sonra açılıb. Məlub ki, eyni məclisdə iştirak edən şəxslər toy sahibinin koronavirus olduğunu xəstələnəndən sonra biliblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR