Xəbərlər

Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir - PA rəsmisi

  • 08 Aug 2020
  • 224 baxış

Nəqliyyatda sıxlıq var, metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər əvəllər qarajlarda ehtiyat avtobuslar qalırdısa, bu gün heç bir avtobus qarajda saxlanılmır. Bütün avtobuslar xəttə buraxılır:

"Günün iki hissəsində sıxlıq daha çox olur. Əhalidən də xahiş edirik ki, əgər insanlar harasa tələsmirlərsə, planlarını elə qursunlar ki, pik saatlarda avtobuslardan istifadə etməsinlər. 1-2 saat planlaşmada dəyişiklik edilərsə, probelmin həllinə ciddi kömək etmiş olarıq".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR