Hadisə

Bakıda evdən 1 milyon manatlıq qızıl oğurlanıb

Masya
Masya
  • 05 Aug 2020
  • 22 baxış

Bakıda evdən 1 milyon manatlıq qızıl oğurlanıb

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

XalqTv.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR