Dünya

Müəllimlər əllərində tabutla küçələrə axışdılar - Məktəblər açılmasın

  • 04 Aug 2020
  • 264 baxış


ABŞ-da daha bir etiraz aksiyası keçirilib.

XalqTv.com Nyu-York Post-a istinadla xəbər verir ki, ABŞ-da məktəblərin yenidən açılması planı ilə bağlı müəllimlərin iştirakı ilə etiraz aksiyası təşkil olunub. Aksiyada təkcə müəllimlər deyil, digər təhsil işçiləri və valideynlər də iştirak ediblər.

"Biz təhlükəsiz məktəblər tələb edirik" şüarı ilə çıxış edən etirazçılar aksiyaya tabut və gilyotin (barəsində ölüm hökmü çıxarılmış məhkumun başını bədənindən ayırmaq üçün istifadə edilən alət) də gətiriblər.

Aksiyada təxminən 200 nəfərə yaxın insan iştirak edib. Onlar Nyu-Yorkun Foli meydanı ətrafında yığışaraq məktəblərin yenidən açılması planına etirazlarını bildiriblər.

"Uşaqlar ölsələr, heç nə öyrənə bilməyəcəklər. Onlar valideynləri, qohumları xəstəxanada ölümlə mübarizə apararkən oxumağa fokuslana bilməzlər", - aktivist Frankie Cook söyləyib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə uzun müddətdir ki, siyahıya liderlik edir. Burada 5 milyona yaxın insanın koronavirus testinin nəticələri müsbət çıxıb, 158,967 nəfər bu virus səbəbindən dünyasını dəyişib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR