Hadisə

Bakıda keçmiş hərbi prokurorun 20 yaşlı oğlu İNTİHAR ETDİ

Masya
Masya
  • 24 Jul 2020
  • 36 baxış

Ötən gün Bakıda üç intihar hadisəsi baş verib.

XalqTV.com xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov rayonu, Orucəliyev küçəsində, 22 iyul saat 18:00 radələrində 2000-ci il təvəllüdlü R.Kazımov özünü asıb. Onun keçmiş hərbi prokurorun oğlu olduğu bildirilir.

Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini A.Eyyubov da eyni üsulla intihar edib.

Xəzər rayonunun Qala qəsəbəsində isə 1986-cı il təvəllüdlü A.Bəylərov evinin zirzəmisində özünü asıb.

Hər üç fakt rayon prokurorluqları tərəfindən araşdırılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR