SAĞLAMLIQ

Azərbaycanda koronavirusa daha çox qadınların yoluxmasının səbəbi açıqlandı

Masya
Masya
  • 21 Jul 2020
  • 32 baxış

Bütün Azərbaycanda keçirilən yas mərasimləri var. Bizim bundan da xəbərimiz var. Bunların hamısı qeyri-qanunidir. Kiminsə qohumu, yaxını vəfat etdikdə böyük yas mərasimlərinin keçirilməsi, orada böyük sayda insanın iştirak etməsi heç də arzuolunan deyil. Burada hamımız anlamalıyıq ki, koronavirus ətrafımızdadır.

XalqTV.com axşam.az-a istinadən bildirir ki,  bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə deyib.

"Sizə paradoksal bir rəqəm deyim. Dünyanın əksər ölkələrində kişilər koronavirusa daha çox yoluxurlar, nəinki qadınlar. Azərbaycanda paradoks ondan ibarətdir ki, daha çox qadınlar yoluxurlar. Və bizim epidemiologiya üzrə mütəxəssislərimizin qənaəti ondan ibarətdir ki, qadınların daha çox yoluxmasının əsas səbəbi məhz yas mərasimləridir. Çünki orada qadınlar daha çox iştirak edirlər və orada daha çox sıx təmasda olurlar və orada da yoluxmalar baş verir. Ona görə, xahişim ondan ibarətdir ki, hər şeyi başa düşərək yeni reallığı dərk edib bir az ehtiyatlı olmağa və bu riskləri nəzərə almağa çağırıram", - Mövsümov əlavə edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45415 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 265 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 272 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 244 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 303 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO