Dünya

Azərbaycanlı milyarderlərlər Ermənistan məhsulları üçün bazarları bağladılar

Masya
Masya
  • 18 Jul 2020
  • 39 baxış

Moskvanın böyük bazarlarında, o cümlədən "Food City"də, Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarına boykot elan olunub. Qeyd edək ki, bu bazarlar Azərbaycandan olan milyarderlər İlham Rəhimov və God Nisanova məxsusdur.

XalqTV.com virtualaz.org-a istinadən bildirir ki, azərbaycanlı sahibkarlar Ermənistanla əlaqəli tərəvəz və meyvələrlə bağlı hər hansı bir əməliyyata qeyri-rəsmi qadağa tətbiq ediblər. Erməni mallarının boykot edilməsini Özbəkistan, Tacikistan və digər ölkələrdən olan bazar iştirakçıları da dəstəkləyiblər.

Nəticədə, Azərbaycanın işğal olunmuş ərazilərində yetişdirilən tonllarla ərik və albalı iri yük maşınlarında çürüməkdə davam edir.

Rusiyada erməni mallarının boykot edilməsi ilə əlaqədar həyəcan Ermənistanda da səslənib. Yerevanda nəşr olunan "Qraparak" qəzeti yazır ki, dünən Moskvada erməni kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan ermənilər nəşrin redaksiyasına müraciət edərək, azərbaycanlıların nəzarətində olan Moskva bazarlarında erməni kənd təsərrüfatı məhsullarını qəbul etməkdən imtina etdiklərini bildiriblər. İndiki halda söhbət pomidor satışından gedir.

"Dünən isə sosial şəbəkədə bir azərbaycanlının erməni əriyini tapdaladığına dair video yayılıb. Səfirliyimiz, dövlət qurumlarımızın rəsmi nümayəndələri bu faktlarla ciddi məşğul olmalı və vəziyyətin gərginləşməsinin qarşısını almalıdırlar", - erməni nəşri yazıb.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR