Dünya

Fransada ictimai yerlərdə maska taxmaq məcburi olacaq

Masya
Masya
  • 17 Jul 2020
  • 37 baxış

Fransada gələn həftədən etibarən qapalı tipli bütün ictimai yerlərdə maska taxmaq məcburi olacaq.

XalqTv.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş Nazir Jan Kasteks bildirib. İndiyədək maska taxmaq yalnız ictimai nəqliyyat vasitələrində məcburi idi.

İyulun 14-də Fransa Prezidenti Emmanuel Makron koronavirus pandemiyasının qayıtması əlamətlərinin müşahidə edildiyini deyib və avqustun 1-dən ictimai yerlərdə maska taxmağın vacibliyini vurğulayıb.

"Biz bu tədbirlərin avqustun 1-dən tətbiq olunması imkanlarını müzakirə etdik. Lakin biz gecikə bilərik... Bu səbəbdən fərman gələn həftənin əvvəlində qüvvəyə minəcək", - deyə Kasteks Senatda çıxışı zamanı məlumat verib.

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometer" saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 13 milyon 717 min 903 yoluxma və 587 min 327 ölüm faktı qeydə alınıb, virusa yoluxan 8 milyon 172 min 405 nəfər sağalıb. Hazırda müalicəsi davam edən 5 milyona yaxın xəstədən 59 min 944-nün vəziyyəti ağır qiymətləndirilir.

Fransada yeni koronavirusa yoluxanların sayı 173 min nəfəri ötüb, 30 min 120 nəfər isə həyatını itirib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR